!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident: "Azərbaycan qlobal problemlərin həllində iştirak edir"

!Reklam – Yazi

Bakıda Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammiti keçirilir.

Yenicag.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev sammit iştirakçılarına təbrik məktubu göndərib.

Ölkə başçısının müraciətini Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.

Müraciətində prezident Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının qısa müddətdə Avropada nüfuzlu təşkilata çevrildiyini bildirib: “Qurumun azadlıq, demokratiya kimi bəyan etdiyini ənənələr Azərbaycan xalqının həyatında mühüm yer tutur. Bu tədbir Avropada bir çox dövlətlərdən öncə qadınlara səsvermə hüququ verdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi dövrə təsadüf edir”.

Prezident qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinə imühüm töhfələr verir: “Cənub Qaz Dəhlizi bu sahədə uğurlara yeni imkanlar yaradacaq. Azərbaycan humanitar əlaqələrin inkişafına dəstk verir, qlobal problemlərin həllində iştirak edir. Təəssüf ki, 30 il əvvəl başlamış Dağlıq Qarabağ münaqişəsi ölkəmizin və regional inkişafın qarşısında ən böyük mane olaraq qalmaqdadır. Ermənistan torpaqlarımızın 20 faizini işğal edib, 1 milyondan çox insanımız məcburi köçkünə çevrilib. Beynəlxalq təşkilatlar münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı qətnamə və qərarlar qəbul etsə də, münaqişənin həlli ilə bağıl real addımlar atılmayıb. Ümid edirəm ki, Alyans Azərbaycan torpaqlarının işğalı faktına adekvat qiymət verəcək. İnanıram ki, bu sammit yüksək işgüzarlıq şəraitində keçiriləcək, demokratiyanın inkişfına, sülhün bərpasına xidmət edəcək”.

www.yenicag.az

3271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv