Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
– Cilqamlı Rəmziyə Əkrəmovna
– Quliyeva Gülşən Rəsul qızı
– Məmmədov Rövşən İsax oğlu
– Nəcəfov Bayram Hidayət oğlu
– Yunusov Ədalət Məmməd oğlu.
Bundan əlavə, Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
– Qurbanova Firəngiz Ağa Dadaş qızı
– Rüstəmov Akif Zabi oğlu.