!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident: "“Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontrakt imzalanacaq"

!Reklam – Yazi

“Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var”.

Yenicag.az xəbər verir ki, bunu prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda Azərbaycanı istəməyən bəzi qüvvələr – həm ölkə daxilində, həm xarici qüvvələr Azərbaycanda kifayət qədər neft olmadığını, “Azəri-Çıraq-Günəşli”də neftin az olduğunu bildirib: “Onlar deyirdilər ki, heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”.

Dövlət başçısı qeyd edib ki, “Şahdəniz” yatağının minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir: “Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni, Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək.

Mən bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik etmək istəyirəm. Bu gəminin tikintisində iştirak etmiş bütün vətəndaşları, mütəxəssisləri təbrik etmək istəyirəm. Onlara minnətdarlıq bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, “Xankəndi” gəmisi “Şahdəniz” yatağının işlənilməsində öz qiymətli rolunu oynayacaq, ölkəmizin güclənməsinə töhfəsini verəcək”, – deyə dövlət başçısı vurğulayıb.

www.yenicag.az

2097
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv