Prezident “Azərkosmos” ASC-nin sədrini qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib.

Bu barədə Yenicag.az Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.