!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident “Azərxalça”ya 2 milyon manat ayırdı

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sərəncamda qeyd olunub ki, ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xarici bazarlarda satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, bu sahədə maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni təmin etmək məqsədilə Füzuli rayonunun Horadiz qəsəbəsində, Şəmkir, Quba, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ və Tovuz rayonlarında xalça istehsalı emalatxanalarının istismara verilməsi nəticəsində 1600 yeni iş yeri yaradılıb.

Sərəncamla Lənkəran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

www.yenicag.az

1270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv