Prezident Bakı-Quba-Rusiya Federasiyası yolunun tikintisi ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısına yeni avtomobil yolunun tikintisi çərçivəsində görülən işlərlə bağlı məlumat verilib.