Prezident: “Ballistik raketlərlə zərbə təsadüfi xarakter daşımır”

“Mən eyni zamanda Sizə təşəkkürümü bildirmək istəyirəm ki, Siz həm Gəncəyə, həm Ağdama səfər etmisiniz. Ermənistan dövlətinin törətdiyi hərbi cinayətlərini görmüsünüz. Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır”.

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub. Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutmuşdur. Bu, hərbi cinayətdir və bu cinayətə görə Ermənistan