Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Prezident bu şəxsləri təltif etdi - Sərəncam

Reklam: High Technic

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev V.Ə.Hüseynova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin”.

***

Prezident İlham Əliyev Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

Ağayev İslam Məsum oğlu

Bağırov Babək Sədrəddin oğlu

Ələsgərli Nurlan Azər oğlu

Əliyev Rüfət Tofiq oğlu

Əliyev Zamir Ramiz oğlu

Xıdırov Orxan İsmayıl oğlu

Məmmədov Elçin Etibar oğlu

Məmmədova Vəfa Yaqub qızı

Mürsəliyev Elmar Mürsəli oğlu

Sadiqov Samir Hüseyn oğlu

Zeynallı Malik Bayramqulu oğlu”.

www.yenicag.az

1579