Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM/FOTOLAR

Prezident İlham Əliyev Ramiz Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Ramiz Mahmud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.

***

Fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.

Yenicag.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.