!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

!Reklam – Yazi

Prezident İlham Əliyev sentyabrın 30-da Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Prokurorluğunun altı əməkdaşına – Baş prokurorunun birinci müavini Elçin Məmmədov, Baş prokurorunun müavini Elmar Camalov, Baş prokurorunun müavini Heydər Məmmədov, Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova II dərəcəli dövlət ədliyyə müşaviri, Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, 1 oktyabr – Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günüdür. Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair Sərəncam imzalayıb.

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv