!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident çəltikçiliyin inkişafına dair Dövlət Proqramını təsdiqlədi

!Reklam – Yazi

2018–2025-ci illər üçün çəltikçiliyin inkişafına dair Dövlət Proqramı təsdiq edilib.

Yenicag.az xəbər verir ki, fevralın 9-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə və İqtisadiyyat nazirliklərinə hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək tapşırılıb. Kənd Təsərrüfatı Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Həmçinin Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı da təsdiq olunub.

Dövlət Proqramının məqsədi ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarətdir.

Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla, çəltik əkini sahələrinin 10 min hektara, istehsalın həcminin isə 40 min tona çatdırılacağı gözlənilir.

www.yenicag.az

1544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv