Prezident Cocuq Mərcanlıya 1,5 milyon manat ayırdı

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, bu məqsədlə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

COP29