Prezident daha bir naziri “göndərir”

ilhameliyevesas5Son zamanlar Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyəti, xarici siyasət idarəmizdə təsadüfi şəxslərin görəv alması və bu səbəbdən yaranan qalmaqallar mütəmadi olaraq müzakirəyə çıxarılır. Xarici İşlər Nazirliyində kadr seçiminin bərbab durumda olması haqda əvvəllər də fikirlər səslənirdi, amma İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının keçmiş rəhbəri Arif Məmmədovla bağlı qalmaqaldan sonra problem daha qabarıq şəkildə görünməyə başladı.

Təmsil etdiyi Azərbaycan Respublikasının maraqlarını qorumağa məsul olan birinin özünü “müxalifət lideri” kimi təqdim etməsi isə təkcə Arif Məmmədovun şəxsi faciəsi sayılmamalıdır. Bu eyni zamanda Xarici İşlər Nazirliyində kadr seçiminin yarıtmazlığını, nazir Elmar Məmmədyarovun idarəetmə bacarığının aşağı səviyyədə olmasının göstəricisidir. Baş verənlər eyni zamanda Elmar Məmmədyarovun nazir kimi karyerasında hələ uzun illər xatırlanacaq.

publika.az1410242022elmar3emememdBu bir daha təsdiqlədi ki, Azərbaycanın diplomatik korpusu peşəkarlığı ilə öyünə bilməz. Eyni zamanda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun yerində olmaması da danılmaz faktdır. Görünən odur ki, Elmar Məmmədyarov yerində olmayan adamdır və nazirliyin işini qura, əməkdaşlarına nəzarət edə bilmir. Mətbuatda hətta XİN daxilində dövlətə və hakimiyyətə qarşı formalaşan güclü qruplaşmanın mövcudluğu haqda da çoxsaylı materiallar dərc olunub və bu məlumatlar təkzib olunmayıb. Bu və digər məqamlar isə Xarici İşlər Nazirliyi strukturunda çalışanların yenidən saf-çürük edilməsi zərurətini ortaya qoyur. Buna baxmayaraq, xarici işlər naziri Elmar Məmmədyarov baş verənlərlə bağlı hər hansı təsirli tədbirlər həyata keçirməkdə maraqlı deyil. Belə bir durum isə Elmar Məmmədyarov üçün heç də yaxşı perspektiv vəd etmir.

Mövzuyla bağlı mənbənin sözlərinə görə, artıq hakimiyyətin yuxarı eşalonunda da Elmar Məmmədyarovdan əvvəllər müşahidə olunmayan narazılıq böyüməkdədir. Ölkə prezidenti İlham Əliyevin yüksək etimadı sayəsində uzun illərdir ki, xarici siyasət idarəsinə rəhbərlik edən Elmar Məmmədyarov indi karyerasının ən ağır dövrünü yaşamaqdadır. O yaxşı diplomat ola bilər, amma baş verənlər sübuta yetirdi ki, heç də unikal idarəçi deyil. Bu isə nazir üçün bağışlanası qüsur sayılmır. Rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinə nəzarəti tam olaraq itirən Elmar Məmmədyarovun bunlara görə cəzalanacağı da istisna edilmir.

Əldə etdiyimiz məlumata görə, qarşıdan gələn parlament seçkilərindən sonra başlanacaq kadr islahatları fonunda xarici işlər naziri Elmar Məmmədyarovun da tutduğu vəzifədən azad olunacağı gözlənilir.