Prezident daha üç ölkəyə yeni səfir TƏYİN etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Zaur Rəşid oğlu Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, bundan başqa Prezident İlham Əliyevin digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev Hüseyn Cəlal oğlu Hüseynovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.