Prezident Dövlət Turizm Agentliyinə sədr təyin etdi

Azərbaycan Dövlət Turizm Agentliyinə sədr təyin edilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən bu vəzifəyə Fuad Hümbət oğlu Nağıyev təyin edilib.

Xatırladaq ki, aprelin 20-də Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.