Prezident DSX-yə pul ayırdı – 2,1 milyon

ilhaevas564Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamla maddi-texniki bazanın möhkəmləndirilməsi üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb(Azvision).