Prezident Əhməd İsmayılova yeni vəzifə verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Məhəmməd oğlu İsmayılovun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sərəncamda deyilir:

“Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilsin”.