Reklam: High Technic
hightechnic

Prezident Əli Bəy Hüseynzadənin qızını təltif etdi

Feyzavər Turan Alpsar Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Feyzavər Alpsar görkəmli Azərbaycan filosofu Əli bəy Hüseynzadənin qızıdır.

www.yenicag.az

1045