Prezident əməkdar artistə ev bağışladı – FOTO

Prezident İlham Əliyev əməkdar artist, tanınmış aktrisa Sənubər İsgəndərliyə ev hədiyyə edib.  

Yenicag.az xəbər verir ki, aktrisa sosial şəbəkədə sevincini bölüşərək, ölkə başçısına minnətdarlığını ifadə edib:

“Möhtərəm Cənab Prezident. Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun”.

Cəvahir