Prezident Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.
Yenicag.az xəbər verir ki, dövlət başçısı bu barədə yerli televiziya kanallarına müsahibəsində bildirib.
“Eyni zamanda, bildirdim ki, yaxşı olardı ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik. Bu gün rəsmən vermişik. Əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdı. Ermənistan tərəfindən hər hansısa bir mövqe səsləndirilmədi, yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etməyə”, – dövlət başçısı qeyd edib.