Prezident “Facebook” səhifəsində Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib 

Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib.

Yenicag.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb”.