!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezident Forumda tarixi nitq söylədi” – Azər Verdiyev

!Reklam – Yazi

juu776u7Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Ümumilikdə iki gün davam edən Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, V Bakı Beynəlxalq Humanitar Forumunda 80-ə yaxın ölkədən 400 nəfər iştirak edir. Dövlət başçısı forumun beynəlxalq aləmdə böyük hörmət qazandığını diqqətə çatdırıb.

Forumun beynəlxalq əhəmiyyətindən danışan ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev ölkəmizin dünyaya tolerantlıq dərsi keçdiyini dedi: “Dünyanın 100-ə yaxın ölkəsindən gələn 400-dən artıq nüfuzlu şəxs ölkəmizin gücünün, qüdrətinin, eyni zamanda tolerantlığın canlı şahidi oldular. Onlar bir daha əmin oldular ki, ikili standartın qurbanı olan ölkəmiz adekvat addımını multikultralizmlə, tolerantlıqla cavab verir. Forumda Prezident İlham Əliyevin çıxışı isə tarixi xarakter daşıyırdı. Prezident dünyanın nüfuzlu şəxslərinə müasir dünya mənzərəsini olduğu kimi, obyektiv və ustalıqla təqim etdi. Prezident nitqində “Biz fəxr edirik ki, 25 ildir müstəqil yaşayırıq. Taleyimiz öz əlimizdədir, heç kimdən asılı deyilik. Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq” deməsi əslində bu qısa zaman kəsiyində qazandığımız fantastik uğurların məcmuəsi idi. Hesab edirəm bu tip forumlar həm də vətəndaş cəmiyyəti üçün geniş imkanlar açır ”

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv