Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Yeniçağ.Az-ın məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib.
Dövlət orqanlarından:
Süleymanov Tahir Veys oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini.
Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Bayramov Ceyhun Əziz oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Bayramov Rafiq Yasin oğlu – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri.
Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini.
Gənclər təşkilatlarından:
Mehdiyev Nurəddin Səftər oğlu – “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri.
Seyidov Mirhəsən Mirheydər oğlu – “İrəli” İctimai Birliyinin sədri.
Hüseynov Seymur Elşad oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri.
Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri.
Yeniçağ.Az