Prezident həbs edilən başçını vəzifəsindən azad etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinin rəhbəri Ceyhun Cəfərovu vəzifəsindən azad edib.

Yenicag.az xəbər verir ki, bu barədə dövlət başçısı müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir: “Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.