Prezident həmkarlarını təbrik edib

prezidentilhamaliyevtrampAzərbaycan prezidenti İlham Əliyev albaniyalı həmkarı Buyar Nişanini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Albaniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Dövlət başçısı həmçinin Mavritaniya prezidenti Məhəmməd uld Əbdüləzizi təbrik edib: “Hörmətli cənab Prezident, Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram”.