Prezident Heydər Əliyevin İsmayıllıdakı abidəsini ziyarət etdi

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin ətrafında, o cümlədən rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.