İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

prezident_heyderb56aaffb5e03ac1Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

Dövlət başçısı məzarın önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra prezident İlham Əliyev akademik Zərifə Əliyevanın, eləcə də görkəmli dövlət xadim Əziz Əliyevin və görkəmli alim Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Məzarların önünə əklillər, gül dəstələri qoyulub.

Yenicag.az