Xəbər verdiyimiz kimi, yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Konfransda nitq söyləyən Prezident İlham Əliyev bildirib ki, 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, ötən il Azərbaycanda bir çox məsələlər uğurla həll olunub. “Asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq bu, bizim böyük uğurumuzdur”, – deyən dövlət başçısı regionda baş verən münaqişələrin və Avropadakı miqrant böhranının radikal qüvvələrin güclənməsinə səbəb olduğunu, bunun da dünya üçün böyük təhlükə yaratdığını bildirdi. “Biz bu vəziyyətdə daha fəal işləməli, ölkə qarşısında duran məsələləri həll etməliyik”, – deyən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun artdığını vurğulayıb.
Prezident İlham Əliyev ölkədə ictimai-siyasi sabitliyin qorunduğunu və bununla bağlı tədbirlərin icra edildiyini də diqqətə çatdırıb.
Keçən il demokratik inkişaf istiqamətində önəmli addımların atıldığını, ölkədə siyasi və iqtisadi islahatların demokratik inkişafla paralel aparıldığını vurğulayan dövlət başçısı parlament seçkilərindən də danışıb, seçkilərin şəffaf, ədalətli keçirildiyini və xalqın maraqlarını əks etdirdiyini bildirib. Ötən il ölkəmizin iqtisadi inkişafının təmin olunduğunu söyləyən Prezident qeyri-neft sənayesinin 8,4 faiz, kənd təsərrüfatının 6,6 faiz artdığını deyib, enerji sektorunda, xüsusilə də “Cənub” qaz dəhlizinin icrası ilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb. “Biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk”, – deyən Prezident artıq Asiyadan Avropaya və yaxud əksinə daşınan yüklərin Azərbaycan ərazisindən keçdiyini, ötən il bütün sosial proqramların icra olunduğunu bildirdi, qarşıdakı dövrdə heç bir sosial layihənin ixtisar olunmayacağını vurğulayıb.
Dövlət başçısı manatın məzənnəsinin aşağı düşməsinin obyektiv səbəblərdən irəli gəldiyini bildirib, 2016-cı ilin ciddi iqtisadi islahatlar dövrü olacağını, artıq bununla bağlı müəyyən addımların atıldığını deyib. 2004-cü ildən regionların inkişafı ilə bağlı fəaliyyətdə olan dövlət proqramını xalqın həyatında tarixi hadisə adlandıran Prezident İlham Əliyev deyib ki, son 12 ildə 25 elektrik stansiyası tikilib, ölkə üzrə qazlaşdırma 90 faizə yaxınlaşıb, bütün şəhərlərimiz “mavi yanacaq”la təmin olunub, 10 min kilometrdən çox yol çəkilib, xeyli sosial layihələr icra edilib, 3 min məktəb, 600-ə yaxın xəstəxana, 41 olimpiya mərkəzi tikilib, maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, məcburi köçkünlər üçün 225 min insanın yaşadığı 89 şəhərcik salınıb. Bütün bunların da xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi irsinin uğurları sayəsində mümkün olduğunu deyən dövlət başçısı liberal siyasəti ilə seçilən Azərbaycanın artıq böyük enerji və kosmik layihələri icra edən bir ölkəyə çevrildiyini bildirib.
İqtisadiyyat naziri Şahin Mustafayev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ili çərçivəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Konfransın yekununda İlham Əliyev ölkədə son illərdə sahibkarlığın inkişafı ilə bağlı böyük işlərin görüldüyünü deyib. Dövlət başçısı sosial müdafiənin yürüdülən siyasətin əsas istiqamətlərindən biri olduğunu, regionlarda nəzərdə tutulan infrastruktur layihələrinin, xüsusilə də kənd yollarının, məktəb və xəstəxana binalarının tikintisinin, içməli su layihələrinin icrasının əhəmiyyətini vurğulayıb.
Yerli istehsalın sürətləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bildirib ki, dövlət qurumları və özəl sektor iş yerlərinin bağlandığı bölgələrdə bu məsələnin həllini diqqət mərkəzində saxlamalıdırlar. Ölkə əhalisinin artıq 9 milyon 700 min nəfərə çatdığını deyən dövlətimizin başçısı bu vəziyyətin yeni iş yerlərinin yaradılmasını tələb etdiyini diqqətə çatdırıb.
Son 12 ildə Azərbaycanda 70 mindən çox müəssisənin yaradıldığını deyən Prezident İlham Əliyev sahibkarları da yeni iş yerlərinin yaradılmasında fəal olmağa çağırıb, məşğulluq idarələrinə müraciət edənlərin işlə təmini üçün dövlət müəssisələrində yeni vakansiyaların açılması ilə bağlı tapşırıqlar verib, özəl sektorun da bu amili nəzərə almasının vacibliyini bildirib. Prezident İlham Əliyev deyib ki, biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində saxlanmalı, vergi və gömrük orqanlarının fəaliyyəti tam şəffaf olmalıdır.
Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi ilə bağlı fikirlərini bildirən dövlət başçısı idxal qarşısında duran süni maneələrin aradan qaldırılması və qiymətlərin tənzimlənməsi ilə bağlı tapşırıqlarını verib.
Prezident İlham Əliyev investisiyaların təşviqi, ixracın stimullaşdırılması, geniş özəlləşdirmə proqramının icrası, bank sektorunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsinin vacibliyini bildirib, bu il hər bir rayonda sənaye zonalarının yaradılmasına dair tapşırıq verib. Dövlət başçısı çıxışında ölkədə istehsal edilən ərzaq və qeyri-ərzaq məhsullarında mövcud olan xarici komponentlərin azaldılması, bu məhsulları və xammalı istehsal edən müəssisələrin yaradılması istiqamətində işlərin görülməsinin vacibliyinə diqqəti cəlb edib. Kənd təsərrüfatının inkişafının, torpaq fondunun dəqiq uçotunun aparılmasının, meliorasiya tədbirlərinin gücləndirilməsinin, heyvandarlığın, bitkiçiliyin, xüsusilə də pambıqçılığın inkişafının diqqətdə saxlanmasının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev zəruri qida məhsullarına olan tələbatın ödənilməsi, bu məhsullarda idxaldan asılılığın aşağı salınması ilə bağlı fikirlərini bölüşüb.
Qarşıda “Biz özümüzü 100 faiz taxılla təmin etməliyik” kimi öhdəlik müəyyənləşdirən Prezident İlham Əliyev turizmin inkişafı, ekoloji məsələlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı tədbirlərin sürətləndirilməsinin vacibliyini bildirib, dövlət qurumlarının və məmurların yerli məhsullardan imtina etmələrinin yolverilməz olduğunu vurğulayıb. “Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur, hamı qanun qarşısında cavabdehdir”, – deyən dövlət başçısı vurğulayıb ki, məmurlar xalqla bir yerdə olmalıdır.
Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib, müstəqillik yolunda xalqımıza uğurlar arzulayıb.
Rəsmi hissədən sonra konfrans işini panel iclasları ilə davam etdirib.Xəbər verdiyimiz kimi, yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
AzNews.az xəbər verir ki, Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Rəsmi hissədən sonra konfrans işini panel iclasları ilə davam etdirib.