Prezident Hüseyin Büyükfıratı təltif etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif ediliblər.

Təltif edilənlər sırasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat da var.