Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Alı Qocayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Alı İbrahim oğlu Qocayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, A.Qocayev 2012-ci ildən indiyədək Samux Rayon İcra Hakimiyyətinin başçısı vəsifəsində çalışır. Sabah onun 70 yaşı tamam olur.

Yenicag.az