Prezident icra başçısını təltif etdi – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəmsəddin Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, Şəmsəddin Xanbabayev Xaçmaz rayon İcra Hakimiyyətinin başçısıdır.