Prezident İham Əliyevin İran səfərinə hazırlıq gedir

60589“Azərbaycan nümayəndə heyətinin İrana səfəri Azərbaycan prezidenti İlham Əliyevin rəsmi səfərinə hazırlıq məqsədilə həyata keçirilir”.

Bunu apa-ya eksklüziv açıqlamasında bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi deyib.

O, bildirib ki, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İrana səfəri böyük əhəmiyyət kəsb edir: “Bu səfər zamanı ikitərəfli iqtisadi və digər zəmində razılaşdırılacaq bəzi sənədlər cənab İlham Əliyevin İrana səfəri zamanı imzalanacaq. Hazırda iki ölkə arasında olan ikitərəfli ticarət dövriyyəsinin həcmi 500 milyon dollar civarındadır.

Ümid edirik ki, bank sahəsi, dərman istehsalı, turizm və səhiyyə sahələrində əldə olunacaq razılaşmalar nəticəsində ikitərəfli iqtisadi mübadilə 500 milyon dollardan yüksək olacaq. Biz bu gün 7 komitə təşkil etdik. Bu komitələr müəyyən müzakirələr aparacaq və müştərək iqtisadi komissiyaya təqdim olunacaq yekun sənəd hazırlayacaq”.