Prezident iki icra başçısını işdən çıxardı – YENİ TƏYİNATLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az sərəncamın mətnini təqdin edir:

Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qoca Səmədovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elnur Rzayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

***

Azərbaycan Respublikası Prezidenti Anar Tağıyevin Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.