Prezident iki sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Sərəncama əsasən, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Əliyev Lətif Paşa oğlu

Məmmədov Elnur Rövşən oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Ağayev Davud Maşalla oğlu

Əliyev Emin Rza oğlu

Əliyeva Pərvin Afiq qızı

Əliyeva Səkinə Qamboy qızı

Qasımov Elçin Zeynalabdın oğlu

Qurbanov Qismət Rəşid oğlu

Nəsirova Xalidə Tofikovna.

***

Azərbaycan Prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əliyev Şahin Məhərrəm oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

Məmmədov Rəhman Elmaz oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi”.