Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
President.az-ın xəbərinə görə, hökumətin tərkibinə aşağıdakı şəxslər daxildirlər:
– Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
– Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
– Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Abdulla oğlu Mustafayev;
– Azərbaycan Respublikasının daxili işlər naziri – Vilayət Süleyman oğlu Eyvazov;
– Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;
– Azərbaycan Respublikasının elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev;
– Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;
– Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;
– Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;
– Azərbaycan Respublikasının gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov;
– Azərbaycan Respublikasının xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov;
– Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
– Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov;
– Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
– Azərbaycan Respublikasının mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli;
– Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
– Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev;
– Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev;
– Azərbaycan Respublikasının səhiyyə naziri – Teymur Yusif oğlu Musayev;
– Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova;
– Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;
– Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov;
– Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;
– Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;
– Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev;
– Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;
– Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;
– Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev;
– Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov;
– Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov;
– Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov;
– Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;
– Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;
– Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.