!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru ilə görüşüb

!Reklam – Yazi

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 18-də Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Yeniçağ.Az-ın məlumatına görə, “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq, bu mötəbər tədbirin uğurla keçirildiyini bildirib. Eldar Saetre Azərbaycanın Avropa Oyunlarını keçirməklə bu yarışların standartlarını müəyyənləşdirdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə “Statoil” şirkəti arasındakı əməkdaşlığın böyük tarixi olduğunu deyib, əlaqələrimizin uğurlu və davamlı xarakter daşıdığını bildirib. Şirkətin fəaliyyətinin ikitərəfli əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.

Söhbət zamanı “Azəri-Çıraq-Günəşli”, o cümlədən “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” və “Aypara” yataqları, həmçinin “Statoil” ilə SOCAR arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Yeniçağ.Az

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv