Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Bounyanq Voraçiti Respublika Günü münasibətilə təbrik edib.
Yenicag.az xəbər verir ki, məktubda deyilir:
Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.