!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident İlham Əliyev Mavritaniya və Albaniya dövlət başçılarını təbrik mesajı yollayıb

!Reklam – Yazi

Prezident İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və rifah diləyirəm”.

Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Metaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Albaniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

www.yenicag.az

3608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv