Prezident İlham Əliyev Serbiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.