Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezident İlham Əliyev SƏRƏNCAMLAR imzaladı

İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

İ.Qurbanov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

***

Prezident İlham Əliyev Tahir Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.

***

Artur Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Artur Tahir oğlu Rasi-zadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabir İlyasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

www.yenicag.az

575
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100