Prezident İlham Əliyev Türkiyəyə gedir

Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilir.

Dövlət başçısı iyunun 12-də Əskişəhərdə TANAP layihəsinin açılış mərasiminə qatılacaq.

Açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. (APA)