Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım etdi – FOTO

“7 aprel – Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasında mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir”.

Yenicag.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı sosial şəbəkədə paylaşımında qeyd edib.

“Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir”, – paylaşımda bildirilir.