Prezident İlham Əliyevdən QƏTİ MÖVQE: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq”

“Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər Azərbaycanın tarixi torpaqlarıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyənin “TRT Haber” telekanalına müsahibəsində deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın əsas məqsədi ölkənin ərazi bütövlüyünün bərpa edilməsidir:

“Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir.

Çünki Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”.

Gülşən Şərif