!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident istefa verdi - Paraqvayda

!Reklam – Yazi

Paraqvay prezidenti Orasio Kortes istefaya gedib.

Yenicag.az xəgər verir ki, o, bu barədə qərarını “Twitter” hesabında belə bir açıqlama ilə izah edib:

“Paraqvay Respublikasının prezidenti vəzifəsindən istefa edirəm. Ölkəmə xidməti senatda davam etdirəcəyəm. Tanrı Paraqvayı gorusun”.

Kortes, 2013-ci ilin avqust ayından Paraqvayın prezidenti vəzifəsini tuturdu. O, bu ilin avqust ayında prezident kürsüsünü tərk edəcəkdi. Lakin bunu bir neçə ay öncə istefa verməklə rəsmiləşdirib.

Kortesin istefasından sonra parlamentin təsdiq edəcəyi təqdirdə avqusta qədər prezident səlahiyyətlərini ölkənin indiki vitse-prezidenti Alisiya Puçeta icra edəcək.

Avqust ayından etibarən isə Paraqvayın prezidenti Mario Abdo Benites olacaq. O, ötən ay keçirilən prezident seçkilərində qalib olub. Yeni prezident vəzifəsinin icrasına avqustun 15-dən etibarən başlayacaq.

www.yenicag.az

1454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv