Prezident istefaya hazırlaşır

indirİtaliya prezidenti Giorgio Napolitano yeni il münasibətilə xalqa müraciət edib. Prezident öz müraciətində qocaldığı üçün postundan istefa edəcəyini deyib.
Napolitano bu il iyun ayında 90 yaşını qeyd edəcək, artıq vəzifəsini icra etmək onun üçün çətinlik yaradır.
İtaliyanın gələcəyindən danışan prezident bildirib ki, istefası xalqın maraqlarına uyğun olacaq. O, ölkə rəhbərliyini prezident postuna uyğun namizəd seçməyə çağırıb.

(azadinform.az)

COP29