Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilir.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.