Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Prezident lap əcəb edib məni işdən çıxarıb” - Yasamalın sabiq icra başçısı

Yasamal rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev vəzifədən çıxarılması barədə ilk dəfə olaraq açıqlama verib.

Yenicag.az xəbər verir ki, İ.Mehdiyev ölkə.Az-a bildirib ki, onun haqqında ölkə başçısına düzgün məlumatlar verilməyib:

“Mən dövlət vəzifəsində çalışaraq, verilən tapşırıqları həyata keçirmişəm. Ancaq kimsə ölkə başçısına haqqımda düzgün informasiya verməyib. Bunun nəticəsində də cənab Prezident müvafiq Sərəncam verib və vəzifəmdən azad olunmuşam. Amma cənab Prezident lap əcəb edib məni vəzifədən azad edib. Buna görə çox sağ olsun, Allah ömrünü uzun etsin!”.

Sabiq icra başçısı bundan sonra istirahət edəcəyini söyləyib:

“Bundan sonra evdə oturub istirahət edəcəm. Hələ başqa işlər haqqında qəti düşünmürəm”.

İ.Mehdiyev Azərbaycanda və İsveçrədə var-mülk sahibi olması barədə yayılan məlumatlara da münasibət bildirib:

“Məni tanıyanlar yaxşı bilir ki, Bakıdan kənarda heçnəyim yoxdur. Bakıda varım-yoxum cəmi bir bağım var. Yazırlar ki, oğlumun İsveçrədə biznesi var və sairə. Oğlum Həsən uzun illər “BP” şirkətində çalışıb, Bakı-Novorossiysk boru neft kəməri layihəsində yüksək vəzifədə işləyib, oranın rəhbəri olub, Şotlandiyada neft-qaz sahəsində çalışıb. Oğlum bütün ömrü boyu xarici neft-qaz şirkətlərində neftçi kimi işləyib. Misal üçün, oğlum “Total” şirkətinin İtaliyadakı layihəsinin baş mühəndisi olub. Bunu hər azərbaycanlı edə bilmir. Ancaq mənim oğlum bacarıb. Oğlum Şimal dənizinin 250 kilometrliyində yerləşən neft-qaz yataqlarında tədqiqat işləri aparıb. Yəni, oğlum karyerası boyu sırf neft-qaz sahəsində çalışıb. Onun başqa kommersiya işləri yoxdur. Hazırda xaricdə yaşayan oğlum orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirib”.

Yenicag.az

www.yenicag.az

492
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM