Prezident Mahmud Məmməd-Quliyevi təltif etdi

Prezident İlham Əliyev Mahmud Məmməd-Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda qeyd olunur:

“Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.