Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Prezident marafonu – 2018”: Müxalifətin ilk namizədi bəlli oldu

Reklam: High Technic

2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində əks-siyasi düşərgədən ilk iddia açıqlanıb.

Yenicag.Az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin dünən keçirilmiş iclasında növbəti prezident seçkilərində sədr Əli Əliyevin namizədliyi irəli sürülüb.

VİP-dən daxil olan məlumata əsasən, bir neçə məsələnin müzakirə olunduğu iclasda Məclisin sədri, VİP Siyasi Şurasının 10 nəfərlik yeni tərkibi və partiya sədrinin müavinləri də təsdiqlənib.

Məclisin iclasında əsas müzakirələr VİP-in 2018-ci il prezident seçkilərində iştirak məsələsi ətrafında gedib. Müzakirələr zamanı VİP-in növbəti prezident seçkilərində müstəqil formada inkişafının zəruriliyi önə çəkilib. Qeyd olunub ki, yalnız müxalifətin geniştərkibli koalisiyasının yaradılacağı təqdirdə, VİP bu qərarına yenidən baxa bilər.
Müzakirələrin yekununda VİP sədri Əli Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi və partiyannın Seçki Qərargahının yaradılması haqqında qərar qəbul edilib.

Yenicag.Az

www.yenicag.az

700
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM