Prezident Məhərrəm Əhmədovu təltif etdi

Prezident İlham Əliyev Məhərrəm Camal oğlu Əhmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, M.Əhmədov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.